logo

Dohada İslam Dünyası Mədəniyyət Nazirlərinin konfransı keçirilir

12:12 25-09-2023 | icon 1001
Dohada İslam Dünyası Mədəniyyət Nazirlərinin konfransı keçirilir

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirak etmək məqsədilə sentyabrın 25-də Qətər Dövlətinin Doha şəhərinə səfər edib.

Mədəniyyət Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Adil Kərimli “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr olunmuş 12-ci Konfransın açılış mərasimində iştirak edib.

Builki tədbirdə mədəniyyət siyasəti üzrə əsas prinsiplər və davamlı inkişaf göstəriciləri, “İslam dünyasının mədəniyyət paytaxtı” proqramının inkişaf etdirilməsi mexanizmləri, mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində birgə mədəni fəaliyyətin genişləndirilməsi kimi məsələlər müzakirə ediləcək.

Konfransda, həmçinin Azərbaycanın söz-sənət beşiklərindən Şuşa şəhərini 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı ölkəmizin təqdim etdiyi nominasiya sənədinə baxılması, Şuşa ilə bağlı çıxış və təqdimat nəzərdə tutulur.