Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib.
Müdafiə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkarlanıb.
Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.