logo

Bəzi qüvvələr İrəvanda qan tökmək istəyir-Nikol Paşinyan

17:57 22-09-2023 | icon 1477
Bəzi qüvvələr İrəvanda qan tökmək istəyir-Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın küçələrində etiraz aksiyası keçirən insanlara müraciət edib.

YeniAvropa xəbər verir ki, baş nazir hökumətin nümayişçilərə qarşı sərt davranacağını bildirib. Onun sözlərinə görə, bəzi qüvvələr İrəvanda qan tökmək istəyir. Bunlar ölkənin sabiq rəhbərlərindən birinin oğlu və yüksək rütbəli məmurları ilə əlaqəli qruplardır.

Nikol Paşinyan, həmçinin qeyd edib ki, o istefa vermək fikrində deyil.

Qeyd edək ki, dünəndən başlayaraq İrəvanın mərkəzində, hökumət binasının yaxınlığında hökumət əleyhinə nümayişlər keçirilib. Mitinq iştirakçıları Paşinyanın istefasını tələb edirlər.