Ötən gecədən başlayaraq Yerevanın mərkəzində kütləvi aksiyalar davam edir.
YeniAvropa Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu gün səhər saatlarında polislə aksiyaçılar arasında qarşıdurma yaranıb. Ermənistanın siyasi partiyalardan ibarət “Anamız Ermənistan” adlı müxalifət blokunun lideri Andranik Tevanyan həbs edilib.
İki gənc isə Rusiyanın Yerevandakı səfirliyinə gələrək diplomatik nümayəndəliyin inzibati binasına qırmızı maye ilə dolu şüşə qablar atıblar.
Bu saatlarda kütləvi aksiyalar davam edir.