logo

FHN Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərib

09:31 22-09-2023 | icon 2464
FHN Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.

YeniAvropa xəbər verir ki, FHN-dən bildirilib.Qeyd edilib ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.

Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.