Qarabağın mənsubiyyəti üzrə əsas məsələ həll olunub.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib: “Qarabağın mənsubiyyəti üzrə əsas məsələ həll olunub, sülh sazişi istiqamətində ciddi irəliləyiş təmin edilib”. D.Peskov əlavə edib ki, Bakı və İrəvan sülh sazişinin imzalanmasında finiş xəttinə çıxa bilərlər.
Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin Qarabağda nəqliyyat dəhlizlərinin açılmasına dair görüşünün keçiriləcəyi ilə bağlı sualı cavablandıran Kremlin nümayəndəsi deyib: “Hələ ki, bununla bağlı heç nə deyilmir. Təmasların fəallaşdırılması üzrə razılıq əldə edilib, lakin hələ konkret bir şey yoxdur”.