Xarici İşlər Nazirliyi Cozep Borrelin bəyanatına cavab verib
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı yerlərdəki bütün reallıqları qəsdən təhrif edir və tamamilə qeyri-adekvatdır.
YeniAvropaC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Cozep Borrelin bəyanatına cavabında bildirib.
Vurğulanıb ki, bundan başqa, bu təşkilat Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxındır davam edən hərbi işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyətə qarşı cinayətləri pisləməkdən həmişə çəkinmiş və 2020-ci il müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində fəaliyyətini heç vaxt təqdir etməmişdir. Azərbaycana qarşı təhdidedici bəyanat səviyyəsinə qədər ikitərəfli yanaşma regionumuzda sülhə xələl gətirir.
Bir daha xatırladırıq ki, Azərbaycanın öz suveren ərazilərində yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin məhv edilməsi üzrə qanuni tədbirləri növbəti təxribatların və hücumların qarşısının alınmasına yönəlib və Azərbaycanın terrorizmə qarşı mübarizə tədbirləri erməni əhalisinə qarşı olmayıb.
Bu gün Yevlaxda Azərbaycan hakimiyyəti ilə erməni sakinlərin nümayəndələri arasında erməni sakinlərinin reinteqrasiyası, infrastrukturun bərpası və Azərbaycanın Konstitusiyası və qanunları əsasında fəaliyyətin təşkili ilə bağlı konstruktiv müzakirələrə bir daha Aİ tərəfindən açıq məhəl qoyulmaması Aİ daxilində müəyyən dairələrin dar siyasi məqsədlərini təsdiqləyir.
Humanitar vəziyyət, yerli erməni sakinlərin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı iddialara gəlincə, diqqətə çatdırırıq ki, bugünkü müzakirə nəticəsində Azərbaycan beynəlxalq tərəfdaşlarının dəstəyi ilə yerli ermənilərə daha yaxşı abad həyat lazımi köməklik göstərəcək.
Azərbaycanın bu istiqamətdə hərəkətlərinə hər hansı müdaxilə əks-məhsuldar və faydasız olardı.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır