2024-cü ildə müdafiə və milli təhlükəsizlik üzrə xərclərinin 6 milyard 421,0 milyon manat olması proqnozlaşdırılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Beləliklə də , müdafiə və milli təhlükəsizlik üzrə xərclərin xüsusi çəkisi gələn ilin dövlət büdcəsində 17,7 faizə çatacaq.
Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa etməsinə baxmayaraq, bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması üçün təhdidlər qalmaqdadır. Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3,0 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, 2023-cü ildə müdafiə və milli təhlükəsizlik xərcləri 6 054 844 623 manat ayrılıb.