logo

Yardım çağırışlarına reaksiya verməyin-Müdafiə Nazirliyi

13:31 20-09-2023 | icon 1295
Yardım çağırışlarına reaksiya verməyin-Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə bildirib.

"Bəzi sosial media hesablarında orduya dəstək adı altında pul və yardım istənilməsi ilə bağlı vətəndaşlara çağırışlar olunur. Müraciət edirik ki, vətəndaşlar belə çağırışlara heç bir reaksiya göstərməsinlər. Silahlı Qüvvələrin maddi texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatın yaxşılaşdırılması təşkil edilir. Bölmələrimizin istənilən şəraitdə normalara uyğun və fasiləsiz təminatı istiqamətində zəruri tədbirlər planlı şəkildə həyata keçirilir", - o vurğulayıb.