Ermənistanın bəzi sosial media hesablarında Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun guya Silahlı Qüvvələrimiz tərəfindən atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.
YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bu əsassız iddianı qəti surətdə təkzib edirik”, - məlumatda bildirilib.