logo

Rusiyanın Yerevandakı səfirliyinin fəaliyyəti iflic olub

10:40 20-09-2023 | icon 1708
Rusiyanın Yerevandakı səfirliyinin fəaliyyəti iflic olub

Bu gün səhər saatlarında Rusiyanın Yerevandakı səfirliyi qarşısına toplaşaraq kütləvi aksiya keçirənlər “Rusiya düşməndir!”, “Nikol satqındır!” şüarları səsləndirirlər.

YeniAvropa erməni mətbuatına istinadla xəbər verir ki, ötən gecə Yerevandakı “Respublika” meydanında keçirilən aksiyada polislə nümayişçilər arasında qarşıdurma yaşanıb. Qarşıdurma nəticəsində 34 nəfər yaralanıb ki, onlardan 16-sı polis əməkdaşıdır.

Aksiya iştirakçıları tərəfindən mühasirədə saxlanılan Rusiyanın Yerevandakı səfirliyinin fəaliyyəti iflic olub. Səfirlik bəyanatla çıxış edərək Ermənistan Xarici İşlər Nazirliyindən diplomatik nümayəndəliyin fəaliyyətinin bərpası üçün təcili tədbirlərin görülməsini tələb edib.

Ermənistanın müxalifət partiyaları xalqı meydanlara çıxmağa səsləyib. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal xarakterli antiterror tədbirləri Yerevanda təşvişə səbəb olub.

Yerli internet resurslarının məlumata görə, Ermənistanın digər şəhərlərində də kütləvi aksiyalar keçirilir.