Azərbaycanın xarici işlər naziri ATƏT-in baş katibi ilə görüşüb
BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq məsələləri, habelə regionda mövcud vəziyyət müzakirə olunub.
Bölgədə mövcud vəziyyət barədə məlumat verən nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin təşəbbüsü ilə başlayan və irəlilədilməsində böyük səy göstərilən sülh gündəliyinin Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar nəticəsində bugün ciddi təhlükə altında olduğunu diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov Ermənistanın üçtərəfli Bəyanata zidd olaraq, son 3 il ərzində hərbi-siyasi təxribatlarını daha da artırmasının, Ermənistan baş nazirinin qomdarma rejimi təbrik etməsinin, 19 sentyabr tarixində mülki şəxslərimizin və hərbçilərimizin həlak olması ilə nəticələnən terror hücumlarının bölgədə gərginliyi daha da artırdığını vurğulayıb. Azərbaycan tərəfindən həyata keçirilən əməliyyatların qeyri-qanuni qüvvələrə qarşı yönləndiyi, mülki şəxslərin hədəf alınmadığı diqqətə çatdırılıb.
Ermənistan rəhbərliyinin ərazi bütövlüyümüz və suverenliyimizin tanınması ilə bağlı bundan öncə verilmiş bəyanatların mahiyyətini heçə endirən davranışları və bəyanatları, beynəlxalq ictimaiyyəti yanlış yönləndirmək məqsədilə irəli sürülən, bölgədə guya “humanitar böhran” və “blokada”nın mövcudluğu haqqında yalan iddialara əsaslanan qarayaxma kampaniyasının sülh prosesinə zərbə vurduğu qeyd edilib.
Bu baxımdan, beynəlxalq ictimaiyyətin bu kimi yalan iddialara deyil, bölgədə sülh və təhlükəsizliyə əsas hədə olan qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasına, Ermənistan tərəfindən yaradılan qeyri-qanuni rejimin buraxılmasına vurğu etməsinin vacib olduğu diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb