logo

Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Ordumuzun nəzarətinə keçib-MN

20:40 19-09-2023 | icon 1421
Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Ordumuzun nəzarətinə keçib-MN

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam etdirilir. Keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Ordumuzun nəzarətinə keçib.

YeniAvropa xəbər verir ki, bu sözləri bu gün keçirilən növbəti brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov söyləyib.

O əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq 82 və 120 millimetrlik minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan çox “Martira” radioelektron mübarizə stansiyası və hərbi təyinatlı digər vasitələri zərərsizləşdirilib.