logo

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

16:02 19-09-2023 | icon 357
Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, general-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.