Sentyabrın 19-da Xəzər dənizində zəlzələ olub.
YeniAvropa xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
İlkin məlumatlara görə, yerli vaxtla saat 14:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,7-yə bərabər olub.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.