XİN Qarabağdakı qanunsuz erməni silahlılarının təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb.
XİN-in Mətbuat xidməti idarəsindən YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, Ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.
Erməni silahlı qüvvələrinin bu kimi təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilib.
Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur.
Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.
Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.
Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsi-VİDEO
“Qızlara ağ yaraşır” Qran-Pri mükafatı qazandı
Söyüdlü kəndindəki vəziyyəti araşdıran Komissiyanın iclası keçirilib
Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşü keçirilib
Vladimir Putin İbrahim Rəisiyə zəng edib
Quba şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı seçilib
Nazir Vilayət Eyvazovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib
İranda spirtli içki hazırlayan dörd nəfər ölüm cəzasına məhkum edilib
Bakıda “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans kerçirilib
Bakı Xankəndiyə 30 ton benzin, 34 ton dizel göndırdi
Sabah Bakıda 27° isti olacaq
Xankəndiyə daha 64 ton yanacaq göndərilib
QHT nümayəndələri Anım Günü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
Zavodda üstünə isti su tökülən iki fəhlədən biri ölüb
Azərbaycan diasporu dünyanın 70 ölkəsində fəaliyyət göstərir
Nazirlər Kabineti gələn ilin büdcə layihəsini bəyənib
Azərbaycan Ağdam- Xankəndi yolu ilə Qarabağ erməniləri üçün humanitar yük göndərib
Bakıda Türk Dövlətlərinin II Aqrobiznes Forumu keçirilir
Sabirabadda 11 şagird və bir müəllim zəhərlənib
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçirilir
Azərbaycan nefti 101,42 dollara satılır
Qənirə Paşayevanın müalicəsi davam etdirilir
Bakıda Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu öz işinə başlayır
Bakıda “Azərbaycan- Belarus: sərmayələr, ticarət və logistika” mövzusunda seminar keçiriləcək