logo

Mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır-MN

14:14 19-09-2023 | icon 1148
Mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır-MN

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

"Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır", - deyə nazirliyin məlumatında bildirilib.