Prezident İlham Əliyevin Tacikistan Respublikasına səfəri sentyabrın 15-də başa çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidentini Tacikistanın baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər yola salıblar.