Prezident İlham Əliyev sentyabrın 13-də imzaladığı sərəncamlarla iki universitet rektorunu vəzifəsindən azad edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezidentin imzaladığı birinci sərəncamla Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilib.
Digər bir sərəncamla isə Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad ediib.