Ceyhun Bayramov BMT-nin ali komissarıa regiondakı vəziyyətdən danışıb
Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında insan hüquqları sahəsində cari əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin BMT-nin insan hüquqları mexanizmləri ilə konstruktiv dialoq və qarşılıqlı etimad çərçivəsində fəal şəkildə əməkdaşlıq etdiyini bildirib. İnsan hüquqlarının fundamental prinsiplərinin müdafiəsinə tam şəkildə sadiq olan Azərbaycanın beynəlxalq insan hüquqları sisteminin gücləndirilməsinə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə mütəmadi əsasda töhfə verdiyini, davamlı olaraq bu sahədə əhəmiyyətli irəliləyişlər əldə etdiyini vurğulayıb.
Regiondakı son vəziyyət barədə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdıran nazir Ceyhun Bayramov Ermənistanın davam edən hərbi-siyasi təxribatlarından, habelə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlarından söz açıb, bu kimi addımların bölgədə sülh və sabitliyə xidmət etmədiyini, yerli erməni əhalisinin reinteqrasiyasına əngəllər törətdiyini diqqətə çatdırıb.
Görüşdə 30 ilə yaxın işğal dövründə Ermənistanın müharibə cinayətləri, insanlığa qarşı cinayətlər törətdiyi, o cümlədən etnik təmizləmələr həyata keçirdiyi qeyd olunub.
Bölgədə “humanitar vəziyyət” və “blokada” barədə iddiaların əsassız olduğu, Ermənistanın Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatlarının, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına törədilən maneçiliklərin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin hələ də çıxarılmamasının sülhə və təhlükəsizliyə təhdid olduğu vurğulanıb.
Görüşdə, həmçinin nazir Ceyhun Bayramov münaqişə başa çatmasına və bölgədə sülh perspektivinin yaranmasına baxmayaraq hələ də insan hüquqları ilə bağlı ciddi problemlərin qaldığını, işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış yüz minlərlə minanın günahsız insanların həyatına son qoymaqda davam etdiyini, bərpa və quruculuq işlərini, habelə azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnu əngəllədiyini bildirib.
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb