Sentyabrın 13-də saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub.
Müdafiə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.