Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyə-Ermənistan münasibətlərinin və regional məsələlərin müzakirə edildiyi telefon danışığında, həmçinin bölgədə davamlı sülh və sabitliyin bərqərar olunmasının bütün region ölkələrinin inkişafı və rifahına töhfə verəcəyi vurğulanıb.
Bu istiqamətdə diplomatik səylərin davam etdiriləcəyi qeyd olunub.