logo

Kreml Ermənistan-ABŞ birgə hərbi təlimlərinə münasibət bildirib

15:55 11-09-2023 | icon 1547
Kreml Ermənistan-ABŞ birgə hərbi təlimlərinə münasibət bildirib

“İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə deyil, ABŞ-la hərbi təlimlər keçirmək qərarı ciddi təhlil tələb edir”.

YeniAvropa xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Ermənistanın məqsədlərini başa düşmək lazımdır: “Moskva İrəvanın yaxın tərəfdaşı olub və olacaq. Problemlər ola bilər, amma onlar danışıqlar yolu ilə həll ediləcək”.

D. Peskovun sözlərinə görə, Ermənistanın KTMT-dən çıxması ilə bağlı İrəvandan heç bir rəsmi qərarı yoxdur.