Aşqabadda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək
Sentyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, sayca 6-cı olacaq iclas sentyabrın 13-dək davam edəcək.
Müzakirələrdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan nümayəndə heyətləri iştirak edəcəklər.
Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.