logo

Erməni separatçıları Füzulidə səngərlər qazmağa cəhd ediblər

11:11 10-09-2023 | icon 1134
Erməni separatçıları Füzulidə səngərlər qazmağa cəhd ediblər

Sentyabrın 10-da saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.