İlham Əliyev TDT dövlətləri nazirlərini qəbul edib
Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının(TDT) üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları - Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Özbəkistanın fövqəladə hallar naziri Abdulla Kuldaşev və Şimali Kiprin daxili işlər naziri Dursun Oğuzu qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə çıxış edən prezident İlham Əliyev deyib:
- Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının fövqəladə hallar nazirlərinin iclası öz işinə başlayır. Bu, çox önəmli hadisədir. Əminəm ki, iclas çox yaxşı keçəcək, nəticələr də çox uğurlu olacaq.
Bildiyiniz kimi, iki aydan sonra türk dövlətlərinin başçıları səviyyəsində Zirvə görüşü keçiriləcəkdir. İndi Zirvə görüşünə böyük hazırlıq işləri gedir, o cümlədən fövqəladə halların idarə edilməsi istiqamətində də işlər gedir. Bildiyimə görə, iclasda, o cümlədən qarşılıqlı yardım haqqında sazişin hazırlanması da nəzərdə tutulmuşdur. Buna böyük ehtiyac var. Çünki hamımız yaxşı bilirik ki, son vaxtlar bölgəmizdə və bütövlükdə dünyada fövqəladə halların sayı kəskin artıb. Bunun bir çox səbəbləri var. Ancaq fakt odur ki, bu gün misli görünməmiş ölçüdə daşqınlar, zəlzələlər, yanğınlar adi hala çevrilib. Fürsətdən istifadə edərək, bir daha qardaş Türkiyəyə dəhşətli zəlzələdə həlak olanların xatirəsini hörmətlə anaraq, bir daha başsağlığı vermək istəyirəm. Bildiyiniz kimi, Azərbaycan ilk saatlardan, ilk dəqiqələrdən bu dəhşətli zəlzələ ilə bağlı öz səylərini göstərmişdir. Hazırda Qəhrəmanmaraş şəhərində Azərbaycan dövləti tərəfindən inşa ediləcək şəhərciyin son parametrləri müəyyən edilir və yaxın zamanlarda biz inşaata başlayacağıq.
Azərbaycanın bu istiqamətdə təcrübəsi kifayət qədər böyükdür. Son illər ərzində maddi-texniki bazamızın möhkəmləndirilməsi istiqamətində işlər aparılıb, xilasedicilərin peşəkarlığı artıb. Bütövlükdə bizim müxtəlif bölgələrdə, o cümlədən Türk dünyasını birləşdirən ölkələrdə apardığımız xilasedici missiyalarımız əyani şəkildə bizim imkanlarımızı və niyyətimizi göstərir. Biz hər zaman bir-birimizin yanında olmalıyıq, Türk Dövlətləri Təşkilatının inkişafı ilə bağlı bütün üzv ölkələr öz dəyərli töhfələrini verirlər, o cümlədən Azərbaycan. Azərbaycan bütün dövrlərdə bu təşkilatın güclənməsinə hər zaman öz dəstəyini əsirgəməmişdir və bizim xarici siyasət prioritetləri arasında təşkilata üzv ölkələrlə əlaqələr birinci yer tutur. Bunu mən Prezident kimi dəfələrlə bəyan etmişəm, eyni zamanda, biz bunu əməli işlərdə də göstərmişik.
Türk dünyası böyük bir ailədir və şadam ki, son illər ərzində bütün üzv və müşahidəçi ölkələr tərəfindən təşkilata böyük dəstək göstərilir. Təbii ki, növbəti illərdə də bu dəstək göstərilməlidir. Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilibdir. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun. Burada, əlbəttə ki, həm qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yəni, bütün bunlar önəmli amillərdir və bizim birliyimizi daha da gücləndirəcək. Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır.
Bir daha demək istəyirəm ki, Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə birinci dərəcəli vəzifədir. Təsadüfi deyil ki, son bir neçə il ərzində mənim Təşkilata üzv olan ölkələrə çoxsaylı səfərlərim həyata keçirilmişdir. Təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının da Azərbaycana bir çox səfərləri həyata keçirilmişdir və bu il də bu səfərlər nəzərdə tutulur. Yəni, bu, bir daha onu göstərir ki, biz düzgün yoldayıq.
Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də iştirak edir. Şimali Kipr türk qardaşlarımızı xüsusilə salamlamaq istəyirəm. Nazir burada müşahidəçi kimi, amma eyni zamanda, öz bayrağı ilə təmsil olunur. Təbii ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır. Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur və çox sevindirici haldır ki, son Zirvə görüşündə Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi seçilmişdir. Bu münasibətlə bütün türk qardaşlarımızı ürəkdən təbrik edirəm. Bu, bir daha bizim birliyimizi göstərir, bir daha iradəmizi göstərir. Onu göstərir ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq.
Mən bir daha sizi salamlayıram. Sizə uğurlar, yaxşı nəticələr arzulayıram. Təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına mənim səmimi salamlarımı çatdırın.
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin əhəmiyyətinə toxunub. O, Azərbaycan prezidentinin Türk Dövlətləri Təşkilatının fəaliyyətinə verdiyi dəstəyi xüsusi qeyd edərək bildirib:
- Fürsətdən istifadə edərək, bir daha Sizə Türk Dövlətləri Təşkilatının fəaliyyətinə verdiyiniz ardıcıl dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Bütün dünyada sürətli dəyişikliklər, həmçinin mühüm hadisələr, qlobal və regional səviyyələrdə çağırışlar türk coğrafiyasında inteqrasiya üzrə əməkdaşlığı daha əhəmiyyətli, xalqlarımızı isə daha yaxın edir. Qardaş türk xalqları arasında münasibətlər böyük strateji əhəmiyyətə və potensiala malikdir. 2023-cü il fevralın 6-da qardaş Türkiyənin ərazisində baş vermiş dağıdıcı zəlzələlər zamanı biz şahidi olduq ki, təkcə dövlətlər deyil, həm də xalqlarımız ayağa qalxdı və qardaş Türkiyəyə görünməmiş həmrəylik nümayiş etdirdi və yardım göstərdi.
Kubanıçbek Ömüraliyev təbii fəlakət və fövqəladə hallarla mübarizədə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səyləri birləşdirməsinin vacibliyinə toxunub. Qonaq Azərbaycan prezidentinin təşəbbüsü ilə bu ilin martında Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirildiyini xatırladaraq həmin tədbirdə vacib qərarların qəbul edildiyini vurğulayıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya çıxış edərək deyib:
- Hörmətli cənabpPrezident, əvvəlcə sıx qrafikinizdə vaxt ayırıb bizi qəbul etdiyiniz üçün təşəkkürlərimi bildirirəm.
Sizə cənab prezidentimizin ən səmimi salamlarını gətirmişəm.
Bu gün burada – qardaş Azərbaycan torpaqlarında olmaqdan böyük məmnunluq duyuram. Hörmətli prezidentimizin və zati-alinizin himayəsi ilə inkişaf edib güclənən əməkdaşlığımızın dünyada tayı-bərabəri yoxdur. Biz də Daxili İşlər Nazirliyi olaraq, Azərbaycanın qurumları ilə əməkdaşlığımızı səmimiyyət və təmənnasızlıq əsasında inşa etmişik. Bu müddətdə keçirdiyimiz görüşləri isə diplomatik təmasdan daha çox qardaşlıq həmrəyliyimizin bir ifadəsi olaraq görürük.
Hörmətli cənab prezident, icazənizlə, Qəhrəmanmaraş zəlzələlərində Can Azərbaycanımızın uzatdığı yardım əlini hüzurunuzda bir daha minnətdarlıqla yad etmək istəyirəm. Məlum olduğu kimi, çox böyük bir acını geridə qoymağa çalışırıq. Bu dövrdə zati-alinizin liderliyi ilə Azərbaycanın qardaş köməyi nəcib millətimiz tərəfindən heç vaxt unudulmayacaq. Yardımımıza ilk gələn Azərbaycan olduğu kimi, ən son ayrılan axtarış-xilasetmə heyətləri də yenə Azərbaycanın heyətləri olmuşdur. Bütün maddi və mənəvi dəstəklərini bizə çatdırmaq üçün səfərbər olan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı nə qədər ifadə etsək azdır.
Türkiyənin daxili işlər naziri təbii fəlakət və fövqəladə halların idarə edilməsi sahəsində həyata keçirdikləri fəaliyyət barədə məlumat verib, Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıqdan danışıb və bu əməkdaşlığı hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinə əsaslanaraq daha da gücləndirəcəklərini bildirib. Qonaq Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Ankarada keçirilmiş fövqəladə Zirvə görüşünün önəmini qeyd edərək deyib:
- Hörmətli cənab prezident, hüzurunuzda olmaqdan duyduğum məmnuniyyəti bir daha ifadə edir, bu sıx qrafikinizdə bizə vaxt ayırdığınız üçün təşəkkürlərimi bildirirəm. Həmçinin yaxınlaşmaqda olan Qarabağ Zəfərimizin ildönümü münasibətilə qardaş Azərbaycanımızı təbrik edir, şəhidlik zirvəsinə yüksəlmiş bütün azərbaycanlı qardaşlarımızı rəhmət və minnətlə anıram. Sizə ehtiramımı ifadə edirəm, cənab prezident.
Prezident İlham Əliyev Türkiyə prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır