logo

Moskva Ermənistanı hərbi təlimləri KTMT üzvləri ilə keçirməyə çağırıb

13:23 07-09-2023 | icon 1498
Moskva Ermənistanı hərbi təlimləri KTMT üzvləri ilə keçirməyə çağırıb

Rəsmi Moskva Ermənistanı hərbi təlimləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri ilə keçirməyə çağırıb.

YeniAvropa xəbər verir ki,  bu çağırışla Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib.

Ermənistan-ABŞ birgə təlimlərinin keçirilməsini şərh edən S.Ryabkov bildirib ki, KTMT üzvü olan Ermənistan müttəfiqlik ruhuna sadiq qalaraq, yalnız bu təşkilatın üzvləri ilə təlimlər keçirməlidir.

Nazir müavini vurğulayıb ki, Rusiya tərəfi Ermənistan-ABŞ təlimləri ilə bağlı narahatlığını rəsmi İrəvana çatdırıb.

Qeyd edək ki, erməni-amerikan  "EAGLE PARTNER-2023"  birgə  hərbi təlimləri 11-20 sentyabrda Ermənistanda keçiriləcək.