Ermənistanın “Alpha News” nəşri mənbəyə istinadla xəbər verib ki, Fransa prezidenti Emmanuel Makron çox güman ki, bu həftəsonu Ermənistana səfər edəcək və Qarabağla bağlı yeni bəyanat verəcək. Səfər sentyabrın 9-10-na planlaşdırılıb.
YeniAvropa xəbər verir ki, həmçinin məlumatda Makronun İrəvandan sonra Bakıya səfər edəcəyi bildirilir.
Fransa rəsmi dairələrindən səfərlə bağlı hər hansı bir açıqlanma verilməyib.