Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un olan iki yük maşını artıq 6 gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
YeniAvropa xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyiblər.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməni əsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.