logo

Ermənistan tarixdən dərs çıxarmayıb-Azərbaycan XİN

15:14 02-09-2023 | icon 1575
Ermənistan tarixdən dərs çıxarmayıb-Azərbaycan XİN

Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın hərbi işğal altında saxlanıldığı, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının pozulduğu, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar həyata keçirildiyi faktları üzərindən Ermənistan tərəfinin susqunluqla keçməsi bu ölkənin tarixdən dərs çıxarmadığını göstərir.

YeniAvropa xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 2-də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialarını növbəti dəfə sübut edən və Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatına dair şərhində yer alıb.

Vurğulanıb ki, bu və digər faktlar, Ermənistanın əsassız və destruktiv mövqeyi, beynəlxalq təşkilatların qərarları uzun illər ərzində dəfələrlə Ermənistanın təcavüzkar siyasətini təsdiqləyib. Azərbaycan onilliklər ərzində münaqişənin danışıqlar yolu ilə həlli üçün strateji səbir nümayiş etdirsə də, Ermənistan Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək üçün göstərdiyi xoş niyyətə daim qarşı çıxıb.