logo

Fransa Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirir

11:55 31-08-2023 | icon 1232
Fransa Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirir

Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nümunəsidir.

YeniAvropa xəbər verir ki, bu fikirlər avqustun 31-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Fransanın Azərbaycandakı səfiri Ann Buayonun diqqətinə çatdırılıb.

Həmçinin Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda beynəlxalq aktorların fəal səyləri ilə irəlilədilən kövrək normallaşma prosesini təhlükə altına alan addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.