Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, general-polkovnik Z.Həsənov 30 Avqust - Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində, həmçinin müdafiə nazirinin Türkiyə Respublikası Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən buraxılış mərasimlərində iştirakı da planlaşdırılıb.