logo

Bakıda klassik yapon musiqisi səsləndiriləcək

10:36 02-09-2018 | icon 4879
Bakıda klassik yapon musiqisi səsləndiriləcək

Sentyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın klassik musiqi ifaçısı Yosuke İrie şakuhaçi musiqi alətində ifalar səsləndirəcək.

Mərkəzdən YeniAvropa-ya  bildirilib ki, milli yapon musiqilərindən ibarət gözəl konsert proqramında hər kəsin iştirak etmək imkanı var.Belə ki, konsertə giriş sərbəst və pulsuzdur.

Qeyd edək ki, şakuhaçi bambukdan hazırlanmış nəfəsli musiqi alətidir və Yaponiyada qədim dövrlərdən bəri ifa edilir.