Azərbaycandakı diplomatik korpus üzvləri Ağdamda səfərdədir
Azərbaycanda akkreditə olunan diplomatik korpus üzvləri və hərbi nümayəndələr avqustun 16-da Ağdama səfər ediblər. Səfərə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi qatılıb.
YeniAvropa xəbər verir ki, səfər çərçivəsində xarici diplomatlar və hərbi nümayəndələr Ağdam-Xankəndi yolunun istifadəyə açıq olması barədə yerində məlumatlandırılıblar.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yol barədə qonaqlara məlumat verib.
Bildirib ki, tarixən geniş istifadə olunan bu yol Qarabağın dağlıq və aran hissələrini birləşdirir. Sovet dövründə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə bu yola paralel şəkildə Xankəndiyə qədər uzanan dəmir yolu xətti də inşa edilib.
Məlumat verilib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə görülən ilk iş yolların çəkilməsi olub. Bu yollar həm də Qarabağda ermənilərin yaşadığı ərazilər istiqamətində də çəkilir. Azərbaycan Ermənistan istiqamətində də dəmir və avtomobil yolları çəkir. Bu, onu göstərir ki, Azərbaycan divar və maneələr yox, yollar qurur. Azərbaycan Ağdam-Xankəndi yolunu Qarabağın erməni sakinlərinin Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatına inteqrasiyasının tərkib hissəsi hesab edir. Bu yol inteqrasiyaya xidmət etməklə yanaşı, nəqliyyat imkanları baxımından daha sərfəlidir. Yol, həmçinin yüklərin Azərbaycanın əsas hissəsindən Qarabağa çatdırılması ilə yanaşı, Qarabağda yaşayan sakinlərin də Azərbaycanın əsas nəqliyyat-infrastruktur sisteminə çıxışını təmin edir.
Qonaqlara məlumat verilib ki, Azərbaycan Qarabağdakı ermənilərə yüklərin, malların çatdırılması üçün Füzuli-Şuşa yolundan istifadə olunmasını da təklif edib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yüklərinin bu yol vasitəsilə Xankəndinə çatdırılması barədə avqustun 5-də razılıq əldə olunub. Həmin razılığa əsasən, bundan 24 saat sonra da Azərbaycanın sərhəd və gömrük rejimi qaydalarına riayət olunmaqla Laçın-Xankəndi yolunun da açılması nəzərdə tutulurdu. Lakin Azərbaycan bu yoldan istifadə ediləcəyini bəyan etdikdən sonra ermənilər həmin yolda beton sədlər quraşdırmağa başladılar. Daha sonra isə ermənilər Azərbaycanı guya yolları bağlamaqda ittiham etməyə başladılar. Prezident İlham Əliyev də Şuşa Qlobal Media Forumunda bildirdi ki, Ermənistan yolları bloklayır, Azərbaycan isə avtomobil və dəmir yollarını açır.
Qeyd edilib ki, reinteqrasiyaya alternativin olmadığını hesab edən Azərbaycan Qarabağ ermənilərini öz vətəndaşları kimi görür, onların hüquqlarını və öhdəliklərini öz Konstitusiyası əsasında təmin etməyə hazırdır. Lakin Ermənistan Azərbaycanın bu xoşməramlı addımlarına cavab olaraq, Qarabağda yaratdığı qondarma separatçı rejim vasitəsilə proseslərə mane olur. Eyni zamanda, bu, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara və iki ölkə arasında münasibətlərin normallaşdırılmasına da mənfi təsir göstərir. Ermənilər beynəlxalq qarayaxma kampaniyasına başlayıblar, lakin bunun heç bir təsiri olmayacaq. Ermənistanın müraciəti əsasında bu məsələ bu gün BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunacaq. İyirmi beş il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar dörd qətnaməsi masa üzərində qalmışdı. BMT Təhlükəsizlik Şurası cəsarət tapıb Azərbaycanın torpaqlarının işğalını müzakirə edə bilməmişdi, amma bu gün Ermənistanın qaldırdığı məsələ müzakirəyə çıxarılır.
Diqqətə çatdırılıb ki, müzakirələrə hər zaman açıq olan Azərbaycanın arqumentləri və mövqeyi hüquqi, siyasi, hətta mənəvi baxımdan da kifayət qədər əsaslıdır. Ağdamda və Azərbaycanın digər şəhərlərində törədilmiş bu qədər dağıntıdan sonra Ermənistanın Azərbaycan xalqından və dövlətindən üzr istəmək əvəzinə, belə bir təbliğatla məşğul olması məsələnin mənəvi tərəfinin önəmini ortaya qoyur. Buna baxmayaraq, Azərbaycan iki ölkə arasında sülh müqaviləsi istiqamətində danışıqları və münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşdırılması prosesini dəstəkləyir. Azərbaycan Qarabağın erməni sakinləri ilə reinteqrasiya məsələlərini müzakirə etmək üçün onları iki dəfə - bir dəfə Bakıya, bir dəfə də Yevlaxa dəvət edib. Təəssüf ki, Ermənistan qeyri-konstruktiv yanaşmasını davam etdirərək, bu dəvətlərdən imtina edib. Bütün bu mesajlar beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana çatdırılmalıdır. Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə verən tərəfdaşlar - Avropa İttifaqı, Rusiya, ABŞ da danışıqlar prosesində çətinliklə əldə edilmiş nailiyyətlərin Ermənistanın manipulyasiya əməlləri nəticəsində itirilməsinə imkan verməməli, münasibətlərin normallaşdırılması prosesinə, danışıqlara dəstək verməlidirlər. Azərbaycan bu məsələlərin müzakirəsinin digər yerlərdə deyil, məhz burada aparılmasını vacib hesab edir. Bu yol istənilən humanitar yükün Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə çatdırılması, eyni zamanda, ehtiyac duyulan malların Azərbaycan ərazisindən daşınması üçün açıqdır və bu yüklər, mallar ən qısa zamanda Xankəndiyə çatdırıla bilər.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb