logo

Kəlbəcərdə Ermənistanın kəşfiyyat-diversiya qrupunun üzvü saxlanılıb

14:14 16-08-2023 | icon 5411
Kəlbəcərdə Ermənistanın kəşfiyyat-diversiya qrupunun üzvü saxlanılıb

Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb.

Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.

Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.