Qanunsuz erməni silahlı dəstələrinin üzvləri Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplayır və burada atəş mövqeləri hazırlayırlar.
YeniAvropa xəbər verir ki, bu barədə “Caliber.az” məlumat yayıb.
Bildirilib ki, bu, qanunsuz rejimin qalıqlarının növbəti təxribatlarına hazırlıq məqsədi daşıyır.
Hədəf Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaq və onu cavab tədbirləri görməyə təhrik etməkdir.