Prezident İlham Əliyev avqustun 14-də xalq artisti Ramiz Məlikin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: " Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Ağarza oğlu Məlik “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin".
Qeyd edək ki, Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti , Azərbaycan SSR Dövlət mükafatı laureatı Ramiz Məlikin 80 yaşı tamam olub. O, 4 avqust 1943-cü ildə Bakıda anadan olub. Bir sıra film və tamaşalarda yaddaqalan obrazlar yaradıb.