Bakıda Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının açılış mərasimi olub
Avqustun 7-də “Gülüstan” sarayında “Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası - Bakı 2023” layihəsinin açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və Avropa İttifaqının Himni səsləndirilib.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, dövlətimiz gənclər siyasətinə böyük önəm verir. Vurğulayıb ki, ölkəmizdə Gənclər Günü qeyd olunur, Prezident İlham Əliyev mütəmadi olaraq gənclərlə görüşlər keçirir, onları təltif edir.
Azərbaycanda 300-dən çox gənclər təşkilatının fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir xatırladıb ki, Azərbaycan həm də Qoşulmama Hərəkatına sədrlik edir. Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahının iyulun 6-da Bakıda açılış mərasimi olub. Gənclərimizlə işləməyə davam edəcəyik, çünki onlar bizim gələcəyimizdir.
Mədəniyyət nazirinin müavini, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bu sessiyanın yaddaqalan olacağına əminliyini ifadə edib:
“Sessiyanın tarixi məqamı Azərbaycanın qədim şəhəri olan, ölkəmizin mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin bu il Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə üst-üstə düşməsidir. Bu məqamı nəzərə alaraq sessiya zamanı mədəni müxtəlifliyimizi nümayiş etdirməyə çalışacağıq”.
Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanların yaradıldığını vurğulayıb. O, bu istiqamətdə Gənclər və İdman Nazirliyi, eləcə də digər qurumlarla həyata keçirilən müxtəlif layihələrdən söhbət açıb.
Tədbirdə Herti İdarəetmə məktəbinin professoru Marina Henke, “Veysəloğlu” şirkətlər qrupunun baş icraçı direktoru Burak Deniz, Avropa Gənclər Parlamentinin Beynəlxalq Ofisinin icraçı direktoru Anya Suprunenko, Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının Baş Təşkilatçıları Rüfət Mir Feyzullazadə və Güldanə Dadaşova, sessiyanın redaktoru Aylin Ələkbərli, sessiyanın prezidenti Realdo Silaj çıxış edərək sessiyanın əhəmiyyətindən danışıblar. Bildirilib ki, sessiyanın əsas mövzusu təhsildir və Avropa Gənclər Parlamentinin təmsil etdiyi birlik və əməkdaşlıq ruhunu nümayiş etdirir.
Qeyd edək ki, şəbəkə olaraq Avropa Gənclər Parlamentinin əsas məqsədi gənclərə könüllülük, multikulturalizm dəyərlərinin aşılanmasını təbliğ etmək, eyni zamanda mədəniyyətlərarası dialoq, mübadilə proqramları vasitəsilə müxtəlif ölkə gəncləri arasında körpü rolunu oynamaqdır.
Azərbaycan da daxil olmaqla Avropanın 35 ölkəsindən nümayəndə qismində qatılan 265 gəncin iştirakı ilə həyata keçirilən 8 günlük sessiyada fəal və təşəbbüskar gənclər Avropa Parlamentinin strukturu əsasında qurulmuş platformada Mədəniyyət və Təhsil, Məşğulluq, Təhlükəsizlik, Beynəlxalq Ticarət, İqtisadiyyat kimi 12 komitə üzrə dünyada baş verən və gündəmdə olan ən vacib məsələləri müzakirə edəcəklər. Müxtəlif sahələr üzrə komitələrin birgə əməyi nəticəsində hazırlanmış qətnamə avqustun 11-i və 12-də ADA Universitetində baş tutacaq Baş Assambleyada ümumi müzakirəyə çıxarılacaq. Debatlar və səsvermədən uğurla keçəcək qətnamələr qəbul olunaraq Avropa Parlamentinə gənclərin səsi olaraq təqdim olunacaq. Eyni zamanda, tədbir zamanı iştirakçıların rəsmi hissədən kənar asudə vaxtlarının təşkili üçün müxtəlif mədəni proqramların, axşam fəaliyyətlərinin keçirilməsi nəzərdə tutulur. Belə ki, “Avropa Şəhərciyi” (Eurovillage) zamanı 35 ölkədən olan iştirakçılar öz mədəniyyətlərini təmsil edən stendlər qurur, ölkələrinə məxsus mətbəx və mədəniyyət nümunələrini sərgiləyirlər. Bu kimi tədbirlər öz növbəsində Azərbaycan mədəniyyətinin avropalı gənclərə tanıtmaq üçün unikal fürsətdir.
Qeyd edək ki, Beynəlxalq Sessiyanın rəsmi bağlanış mərasimi avqustun 12-də Heydər Əliyev Mərkəzində keçiriləcək.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb