Prezident İlham Əliyev avqustun 1-də Rəfiqə Hüseynzadənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Rəfiqə Abdulağa qızı Hüseynzadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilsin".
Xatırladaq ki, Rəfiqə Hüseynzadə prezidentin 15 mart 2011-ci il tarixli sərəncamı ilə SOCAR-ın vitse-prezidenti təyin edilmişdi.