Ankarada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlıq və mövcud geosiyasi durum müzakirə olunub.
R.T.Ərdoğan və C.Bayramov həmçinin Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı barədə də fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Ceyhun .Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.
Daha sonra iki ölkənin XİN başçıları- C.Bayramov və H.Fidan arasında təkbətək və geniş tərkibdə görüş olub. Nazirlər danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.