logo

Azərbaycan İsveç və Danimarkada Quranın yandırılmasını pisləyir-Nazir

16:06 31-07-2023 | icon 1764
Azərbaycan İsveç və Danimarkada Quranın yandırılmasını pisləyir-Nazir

“Son həftələr ərzində İsveç və Danimarkada geniş vüsət alan Qurani-Kərimin yandırılması tamamilə qəbuledilməzdir. Biz bunu pisləyirik”.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu, müsəlmanların hissləri ilə oynamaqdır: “Odur ki, bu hərəkət söz azadlığı kimi təqdim edilməməlidir. Hesab edirəm ki, sözügedən dövlətlərin hökumətləri bu barədə konkret addımlar atmalıdırlar”.