logo

Ermənistanın Xaçatryanla bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur-XİN

13:53 30-07-2023 | icon 1652
Ermənistanın Xaçatryanla bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur-XİN

Ermənistan tərəfinin Vaqif Xaçatryanın həbsi ilə bağlı Azərbaycana qarşı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə dair şərhində bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən verilmiş məlumatda da qeyd edildiyi kimi, Vaqif Xaçatryan Çerkezoviçin bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Ermənistana gedərkən sərhəd buraxılış məntəqəsində həbs edilib.

Vurğulanıb ki, Vaqif Xaçatryanın Ermənistana tibbi məqsədlərlə getdiyini nəzərə alaraq, onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edilib. BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə müvafiq şərait yaradılıb.