Prezident İlham Əliyev iyulun 27-də Mövlud Balakişiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: " Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) “Şərəf” ordeni ilə təltif edilsin".
Qeyd edək ki, azərbaycanlı nasir, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,əməkdаr incəsənət хаdimi, xаlq yаzıçısı Mövlud Süleymanlının 80 yaşı tamam olub.