logo

Brüsseldə İlham Əliyev-Şarl Mişel-Nikol Paşinyan görüşü başa çatıb

17:45 15-07-2023 | icon 2842
Brüsseldə İlham Əliyev-Şarl Mişel-Nikol Paşinyan görüşü başa çatıb

İyulun 15-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.

YeniAvropa xəbər verir ki, Görüş üç saata yaxın davam edib.

Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. 

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin görüşün yekunlarına dair bəyanatla çıxış edəcəyi gözlənilir.