İyulun 15-də Brüsseldə Azərbaycan prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.
YeniAvropa xəbər verir ki,görüşdə iştirak etmək üçün prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə ötən gün Belçika Krallığına işgüzar səfər edib.
Görüşdə Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı müzakirələr aparılır.
Xəbər yenilənəcək.