logo

Ermənilərin Ağdam və Kəlbəcərdə müdafiə xətti quraşdırmasının qarşısı alınıb

15:30 13-07-2023 | icon 3248
Ermənilərin Ağdam və Kəlbəcərdə müdafiə xətti quraşdırmasının qarşısı alınıb

İyulun 13-ü saat 11:15-də və saat 14:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.