logo

Bişkekdə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

15:55 08-06-2023 | icon 2100
Bişkekdə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

MDB Hökumət Başçıları Şurasının növbəti iclası bu il oktyabrın 27-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev Soçidə birliyə üzv ölkələrin Hökumət Başçıları Şurasının geniş tərkibdə iclasında məlumat verib.

“Qırğızıstanın təklifi ilə MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2023-cü il oktyabrın 27-də Bişkekdə keçirilməsi qərara alınıb”, - o deyib.

Qeyd edək ki, Soçidə MDB hökumət başçıları xidmətlərin sərbəst ticarəti, fəaliyyəti və investisiyaları haqqında saziş imzalayıblar.

Telekommunikasiya şəbəkələrində dələduzluq hallarına qarşı mübarizə üzrə əməkdaşlıq memorandumu qəbul edilib, elektron və elektrik avadanlıqlarının tullantılarının idarə olunması üzrə 2030-cu ilədək fəaliyyət planı təsdiq edilib.