logo

MDB-nin Sərhəd Qoşunları Komandanları Bakıda toplaşıb

13:31 08-06-2023 | icon 3444
MDB-nin Sərhəd Qoşunları Komandanları Bakıda toplaşıb

İyunun 8-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclası keçirilir.

YeniAvropa xəbər verir ki, tədbirdə ölkəmizlə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd xidmətləri, SQKŞ-nin Əlaqələndirici Xidməti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, MDB-yə üzv ölkələrin ərazisində mütəşəkkil cinayətkarlığa və cinayətin digər təhlükəli növlərinə qarşı mübarizənin əlaqələndirilməsi Bürosu, Sərhəd xidməti veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici Şurasının nümayəndə heyətləri və fəxri qonaqlar iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 1992-ci ildən fəaliyyət göstərən və Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsini həyata keçirən SQKŞ-nin iclaslarında müşahidəçi qismində iştirak edir. Sərhəd Qoşunları Komandanlar Şurasının 2001-ci ildə 40-cı, 2008-ci ildə 60-cı, 2013-cü ildə 70-ci və 2017-ci ildə 78-ci iclasları Bakı şəhərində keçirilib.