Qərbi Azərbaycan İcmasının yeni loqosunun təqdimatı olub
Qərbi Azərbaycan İcmasının yeni loqosu ictimaiyyətə təqdim edilib.
YeniAvropa xəbər verir ki, loqonun təqdimat mərasimi ilə bağlı keçirilən mətbuat konfransında Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli media nümayəndələrinə loqo barədə məlumat verib.
Bildirilib ki, loqonun tərtibatında İrəvan xanlığının bayrağında yer alan günəş və Azərbaycan dövlətinin rəmzlərindən biri olan səkkiz guşəli ulduz bir-biri ilə sintez edərək, Azərbaycan bayrağının rənglərində təcəssüm olunub. Üçbucaq şəkilində olan hər bir ikon öz evlərindən deportasiya olunmuş qərbi azərbaycanlıları təmsil etməkdədir. İkonların üçkünc olması rəmzi olaraq öz ata-baba yurdlarına qayıtmaq istəyi ilə yaşayan soydaşlarımızın evlərinə doğru olan istiqamətini ifadə etməkdədir. Üçbucaq ikonların dairə şəklində birləşməklə yaratdığı birlik Qərbi Azərbaycan İcmasını təmsil edir.
Mətbuat konfransında loqonun tərtibatçısı, Türkiyədə yaşayan tanınmış azərbaycanlı dizayner Adəm Yunisovun onlayn çıxışı dinlənilib. Adəm Yunisov məhz onun dizayn etdiyi loqonun seçilməsindən məmnunluğunu ifadə edərək İcmaya uğurlar diləyib.
Qeyd edək ki, Adəm Yunisov 1978-ci ildə Azərbaycanda doğulub. Ali təhsilini Ankarada Hacettepe Universitetinin kompüter mühəndisliyi bölümündə alıb. Türkiyədə “Element Visual Studio” adlı şirkəti yaradan dizayner öz layihələri, qazandıqları uğurlarla müxtəlif ölkələrdə tanınır.
Adəm Yunisov ilk dəfə öz vətənində Bakıda keçirilən Birinci Avropa Oyunlarının loqosunun müəllifi kimi məşhurlaşıb. Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş loqotip də onun əl işidir.
O, həmçinin Türk Dövlətləri Təşkilatının ali ordeni olan “Türk Dünyasının Ali Ordeni”nin dizayn müəllifidir.
Azərbaycan Ermənistan 30 ildə apardığı işğal siyasəti səhifəsini çevirməyə hazırdır-Hikmət Hacıyev
2024-cü ildə də manatın məzənnəsi sabit qalacaq
XİN: Fransa xarici işlər nazirinin açıqlamaları bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib
İndi bizim bütün ərazimizdə suverenliyimiz təmin olunub-Elçin Əmirbəyov
Qarabağın erməni sakinlərinə reinteqrasiya üzrə planlar təqdim edilib
Yevlax görüşünə dair Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlaması
Türkiyə Milli Müdafiə Nazirliyi: Azərbaycanın yanında olmaqda davam edəcəyik
İlin sonunadək Rəqəmsal İqtisadiyyat Strategiyası təsdiqlənəcək
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
Azərbaycanın gələn il dövlət büdcəsi 33,8 milyard manat proqnozlaşdırılır
Qarabağın erməni icmasının nümayəndələri ilə Yevlaxda keçirilən görüş başa çatıb
Azərbaycanın gələn il üçün müdafiə xərcləri artırılır
Azərbaycan millisi FİFA reytinqində 121-ci sırada qərarlaşıb
Sabah Bakıda 27° isti olacaq
Xankəndi istiqamətində hücuma keçməmişik-TƏKZİB
Türkiyənin müdafiə naziri Zakir Həsənovu təbrik edib
Azərbaycan və Özbəkistanın həmkarlar ittifaqları memorandum imzalayıb
Yevlaxda Qarabağın erməni icmasının nümayəndələri ilə görüş davam edir
Emoməli Rəhmon Azərbaycana işgüzar səfər edəcək
Azərbaycan nefti 101,20 dollara satılır
İstefa verməyəcəyəm-Nikol Paşinyan
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Dünya çempionatı:Yunan-roma güləşçilərimiz mübarizəyə başlayır
Azərbaycan Asiya Parlament Assambleyası sədrliyinə namizədliyini irəli sürüb
Bakıda Asiya Parlament Assambleyasının daimi komitəsinin iclası keçirilir