logo

Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

09:35 05-06-2023 | icon 5593
Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

İyunun 6-sı saat 18:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, şagirdlərin yerdəyişməsi prosesi http://www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.